“Bu oyuna yaxşı hazırlaşdıq” - Samir Abasov

21:40 04-11-2017
“Bu oyuna yaxşı hazırlaşdıq” - Samir Abasov

"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 11-ci turu çərçivəsində “Keşlə”yə qarşı keçirdikləri oyunu şərh edib.
Sportmedia.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 3:1 hesabıyla qalib gəldikləri qarşılaşmadan sonra bunları söyləyib:
“Futbolçularımızı təbrik edirəm. Layiqli qələbə qazandıq. “Neftçi” ilə oyunda yaxşı oynasaq da, məğlub olmuşduq. Bu oyuna yaxşı hazırlaşdıq, keçən matçlarda səhv edən futbolçuların üzərində işlədik. Uşaqlar da “Neftçi”yə məğlubiyyətin əvəzini bu gün çıxmaq istəyirdilər. Şükürlər olsun ki, qələbə qazandıq. Bu qələbədə Cavid İmamverdiyevin payı çoxdu, gənclərimiz də yaxşı oynadılar. Akademiyamızın yetirməsi Rüfət Abdullazadə də bu gün Premyer liqada ilk oyununu keçirdi. Bu münasibətlə, onu da təbrik edirəm”.(komanda.az)


.
.
.
0.33527994155884