“Çətin qələbə oldu” – Qurban Qurbanov

19:00 05-11-2017
“Çətin qələbə oldu” – Qurban Qurbanov

Azərbaycan Premyer Liqasının 11-ci turunda səfərdə “Kəpəz”i məğlub edən (2:0) “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov oyunla bağlı fikirlərini bildirib.
Sportmedia.az xəbər verir ki, Qurbanov oyun zamanı feyr-pley nümayiş etdirən "Kəpəz"in futbolçusu Viktor Oseqeylə təşəkkür edib:
"Gəncədəki oyunlarmız həmişə ağır olub. Çətin qələbə oldu. Qələbə qazansaq da, oyundan tam razı deyiləm. Ola bilər ki, futbolçularda yorğunluq var idi. “Kəpəz”in futbolçusu Viktor Oseqeylə təşəkkür edirəm. O, necə insan olduğunu göstərdi və penalti olmadığını dedi. Meydançanın durumuna gəlincə, hər şey yaxşı idi. Sadəcə, bir az su vurulsaydı, daha yaxşı olardı".
Xatırladaq ki, matçın 26-cı dəqiqəsində oyunun baş hakimi Rəhim Həsənov Oseqeylin rəqib qapıçı İbrahim Şehiçlə üz-üzə qaldığı epizodda qonaqların qapısına penalti təyin edib. Şehiç qaradərili legionerin simulyasiyaya əl atdığını bildirərək, hakimə etiraz etsə də, FİFA referisi onu sarı vərəqə ilə cəzalandırıb. Bu vaxt “Kəpəz”in futbolçusu Viktor Oseqeyl penalti olmadığını bildirib. Hakim penalti zərbəsini və qapıçıya verilən sarı vərəqəni ləğv edib.(komanda.az)


.
.
.
0.3542959690094