“Zəif çıxış edərək məğlub olmadıq” - Tərlan Əhmədov 

20:42 05-11-2017
“Zəif çıxış edərək məğlub olmadıq” - Tərlan Əhmədov 

"Neftçi” PFK-nın baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasında 11-ci turun "Zirə” klubu ilə oyunsonrası mətbuat konfransında fikirlərini bildirib:
"Məğlub olsaq da, komandamın oyunundan razı qaldım. Futbolçulara təşəkkür etdim. Müdafiəyə oturaraq və ya zəif çıxış edərək məğlub olmadıq. Hücumların kəsərini bacardığımız qədər artırmaq istədik, yüksək tempdə oynadıq, amma istədiyimiz nəticəni qazana bilmədik. Artıq bu matçı analiz edib səhvləri düzəldərək qarşıdakı oyunlara daha diqqətli, aqressiv və motivasiyalı hazırlaşmalıyıq”.


.
.
.
0.35227990150452