Nazarov oynamadı, komandası xal itirdi

09:51 06-11-2017
Nazarov oynamadı, komandası xal itirdi

Almaniya II Bundesliqasında 13-cü turun oyunları keçirilib.
Sportmedia.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi “Aue” doğma meydanda “Arminiya” ilə görüşüb və bu matçdan 1:1 heç-heçə ilə bitib.
Qırmızı vərəqə aldığından cəzalı olan Nazarov bu oyunda meydana çıxmayıb. Cəzaya görə ötən turda da Nazarovsuz oynayan "Aue" "Sant Pauli" ilə bərabərə etmişdi - 1:1.
“Aue” geridə qalan turlarda 18 xal toplayıb və 18 klub arasında 7-ci pillədə yer alıb.


.
.
.
0.43086099624634