Dieqo Simeone: “Qarabağ”la matçda aldığımız zərbədən sonra…”

11:15 06-11-2017
Dieqo Simeone: “Qarabağ”la matçda aldığımız zərbədən sonra…”

"Atletiko"(Madrid) komandasının baş məşqçisi Dieqo Simeone Çempionlar Liqasının (ÇL) IV turunda "Qarabağ"la qarşılaşmada bərabərlik (1:1), La Liqanın XI turunda isə "Deportivo" ilə matçda qələbə (1:0) qoluna imza atan Tomas Parteyi təbrik edib.
Sportmedia.az xəbər verir ki, Simeone La-Korunya təmsilçisi ilə oyundan sonra fikirlərini bölüşərkən futbolçunu tərifləyib.
47 yaşlı mütəxəssis bildirib ki, komandası ötən mövsümlə müqayisədə daha yaxşı oynayır. Onun sözlərinə görə, “Atletiko” "Deportivo"ya qarşı bütövlükdə, "Qarabağ" və "Vilyarreal"a qarşı isə ikinci hissədə sərgilədiyi futbolu davam etdirsə, nəticələr daha yaxşı olacaq: “Qarabağ”la dueldə aldığımız zərbədən sonra bugünkü oyunla fəxr edirəm. Komandamız çoxlu qol imkanı yaratdı. Ötən mövsümlə müqayisədə daha yaxşı oynayırıq və artıq 3 xalımız var. Bu həftə iki qarşılaşmamız oldu. Çünki ÇL-də də matçımız vardı. İstədiyimiz kimi nəticə əldə etməsək də, komanda irəli atıldı və yaxşı çalışır. Bütün futbolçularımın səyləri xoşuma gəldi. Tomas isə işini çox yaxşı gördü. Biz həftə boyunca çalışırıq və hər şeyin yaxşısını etməyin məsuliyyətini daşıyırıq".
Qeyd edək ki, “Atletiko” La Liqada 23 xalla 4-cü pillədə yer alıb. ÇL-də isə 4 turdan sonra “Roma” 8 xalla C qrupunun lideridir. “Çelsi” klubunun 7, “Atletiko”nun 3, “Qarabağ”ın isə 2 xalı var. İlk iki yeri tutan kollektiv 1/8 finala yüksələcək. Üçüncü yeri tutan isə mübarizəni Avropa Liqasında davam etdirəcək.


.
.
.
0.55403709411621