UEFA-nın müvafiq komitəsinə məlumat veriləcək

15:30 06-11-2017
UEFA-nın müvafiq komitəsinə məlumat veriləcək

Azərbaycan Premyer Liqasının 11-ci turunda Gəncə şəhər stadionunda keçirilmiş “Kəpəz” – “Qarabağ” oyununda fair-play nümunəsi qeydə alınıb.
Sportmedia.az xəbər verir ki, oyunun 26-cı dəqiqəsində, hesab 0:0 olarkən “Kəpəz”in futbolçusu Viktor Oseqeyl ilə “Qarabağ”ın qapıçısı İbrahim Şehiç arasında cərimə meydançası daxilində mübarizədən sonra qarşılaşmanın baş hakimi 11 metrlik cərimə zərbəsi təyin edib. Viktor Oseqeyl referiyə yaxınlaşaraq ona qarşı qayda pozuntusu olmadığını bildirib və hakim penalti qərarını ləğv edib.
Viktor Oseqeylin ədalətli oyun prinsiplərinə sadiq hərəkəti barədə AFFA tərəfindən UEFA-nın Fair-Play və Sosial Məsuliyyət Komitəsinə məlumat veriləcək.


.
.
.
0.32748198509216