Denis Silva antirekorda şərik oldu

17:00 06-11-2017
Denis Silva antirekorda şərik oldu

Azərbaycan Premyer Liqasının 2017/18 mövsümündə ilk dəfə eyni oyunda iki avtoqol qeydə alınıb.
Sportmedia.az xəbər verir ki, bu, “Sumqayıt”ın “Keşlə” ilə ev matçında gerçəkləşib. Qonaqların futbolçuları Denis Silva və Adrian Skarlatake hərəyə 1 dəfə öz qapısına qol vurub. Sonuncu Azərbaycan çempionatlarında 2-ci dəfə belə uğursuzluq yaşayıbsa, braziliyalı müdafiəçi Premyer Liqada 3-cü dəfə avtoqol müəllifi olub. Cənubi amerikalı 2010/11 mövsümündə “Neftçi”nin heyətində “Bakı”, ötən çempionatda “İnter”in forması ilə “Zirə” ilə görüşdə öz qapısına qol vurmuşdu. 3-cü avtoqolla Denis Azərbaycan çempionatları tarixinə ən çox belə uğursuzluq yaşayan futbolçu ünvanına şərik olub. O, antirekordun 6-cı müəllifidir. Denisədək Ayxan Abbasov, Saşa Yunisoğlu, Natiq Qasımov, Ruslan Abışov və Jairo Rodriges də 3 avtoqola üzülmüşdü.


.
.
.
0.33930397033691