“Neftçi”dən iki fərqli seriya: Biri bitdi, birinə davam

16:15 06-11-2017
“Neftçi”dən iki fərqli seriya: Biri bitdi, birinə davam

Azərbaycan Premyer Liqasında ardıcıl 4 oyunda qalib gələn “Neftçi”nin qələbə seriyası qırılıb.
Sportmedia.az xəbər verir ki, “Ağ-qaralar” XI turun “Zirə” ilə səfər oyunundan xalsız ayrılıb. 0:1 hesabı ilə uduzan Tərlan Əhmədovun yetirmələri 42 gündən sonra xal itkisi və məğlubiyyət acısı yaşayıb. Paytaxt klubu sonuncu dəfə sentyabrın 24-də “Qəbələ” ilə görüşdə uduzmuşdu – 1:2.
Qələbə seriyası qırılan “Neftçi” “Zirə” ilə matçlardakı uğursuz seriyanı qıra bilməyib. Belə ki, “ağ-qaralar” Premyer Liqa çərçivəsində 10-cu dəfə qarşılaşdığı qəsəbə klubunu bu dəfə də yenə bilməyib. “Neftçi” 2 dəfə heç-heçə etdiyi rəqibinə 8-ci dəfə uduzub. Son 6 görüşdə isə “Zirə” qələbə qazanıb.


.
.
.
0.34752702713013