Yığmamızın heyətində dəyişiklik edilib

20:20 06-11-2017
Yığmamızın heyətində dəyişiklik edilib

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsində noyabrın 9-da Almaniya, noyabrın 14-də isə Kosovo yığması ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib.
Sportmedia.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 11-ci turunda keçirilmiş “Kəpəz” – “Qarabağ” oyununda zədələnmiş Ramil Şeydayevin Almaniya yığması ilə oyunda meydana çıxa bilməyəcəyi bu gün MRT müayinəsindən sonra müəyyənləşib. Futbolçunun Kosovo yığması ilə oyunda çıxış edib-etməyəcəyi qarşıdakı günlərdə bəlli olacaq.


.
.
.
0.30178213119507