"Qəbələ"dən böyükhesablı qələbə

09:53 07-11-2017
"Qəbələ"dən böyükhesablı qələbə

Türkiyədə təşkil olunan “Limra Cup” turnirində növbəti oyunlar keçirilib.
Sportmedia.az xəbər verir ki, “Qəbələ”nin 11 yaşadək futbolçulardan ibarət komandası yarışın 4-cü günündə “Kəmər Kartalları” ilə qarşılaşıb. Keçirdiyi bütün qarşılaşmalarda böyükhesablı qələbə qazanan “qırmızı-qaralar” seriyanı bu dəfə də davam etdirib. Rüstəm Məmmədovun baş məşqçisi olduğu komanda 6 cavabsız qolla qalib gəlib. “Qəbələ”nin heyətində Ziya Şəkərxanov iki, Ömər Cəbrayılov, Həsən Nəzərli, Murad Əbilov və Ömər Ağababayev hərəyə 1 dəfə fərqlənib.
Bunadək “Manavqatspor”u 10:0, “BD Spor”u 4:0 hesabı ilə məğlub edən “qırmızı-qaralar” 3 matçdan sonra 9 xalla liderlər qrupunda qərarlaşıb.


.
.
.
0.33721399307251