Kamran Ağayevi qınadılar

11:07 07-11-2017
Kamran Ağayevi qınadılar

Azərbaycan yığmasının üzvü Kamran Ağayevin formasını geyindiyi  Çexiya "Mlada"sında yerli çempionat oyununda qırmızı vərəqə alıb.
Sportmedia.az xəbər verir ki, o, "Ostrava" ilə görüşdə əvvəlcə hakimə etiraza, daha sonra vaxtı uzatdığına görə iki sarı vərəqə alaraq meydandan kənarlaşdırılıb. Kamranın belə intizamsızlığına komandanın baş məşqçisi və futbolçu yoldaşları münasibət bildirib. Onlar qolkiperi bu hərəkətinə görə qınayıblar.
Məsələ ilə bağlı Çexiya mətbuatında yeni informasiya yer alıb. Bildirilir ki, lazımsız "qırmızı" ilə komandasını çətin vəziyyətdə qoyan Ağayevin bu hərəkəti ona baha başa gələcək. Baş məşqçi Duşan Uhrinin "qara siyahı"sına düşən qapıçının bir daha əsas heyətdə yer almasının çox çətin olduğu qeyd edilib.
"Mlada"da keçirdiyi ilk matçda kobud səhvlər edən Kamran həmin zaman da uzun müddət heyətə düşə bilməmişdi.


.
.
.
0.39234495162964