"Qarabağ"ın rəqibi "Çelsi”də qalmaqal

21:12 07-11-2017
"Qarabağ"ın rəqibi "Çelsi”də qalmaqal

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsindəki rəqibi "Çelsi” klubunda qalmaqal baş verib.
Sportmedia.az xəbər verir ki, baş məşqçi Antonio Konte ilə müdafiəçi David Luis arasında münaqişə yaranıb.
Bu səbəbdən italiyalı mütəxəssis braziliyalı oyunçunu İngiltərə Premyer Liqasının 11-ci turunda "Mançester Yunayted"ə qarşı oyunda (1:0) oynatmayıb.
Qeyd edək ki, Konte Çempionlar Liqasının qrup mərhələsinin 4-cü turunda "Roma"ya 0:3 hesabı ilə məğlub olduqları qarşılaşmada Luisin etdiyi hərəkətlərdən narazı qalıb.


.
.
.
0.30876111984253