FİFA Serbiyanı cəzalandırdı

10:38 08-11-2017
FİFA Serbiyanı cəzalandırdı

FİFA Serbiya Futbol Federasiyasını cəzalandırıb.
Sportmedia.az xəbər verir ki, buna səbəb serbiyalı azarkeşlər olublar. Yığma komandanın fanatları DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Avstriya ilə səfər (3:2) və Gürcüstanla ev oyununda (1:0) pirotexniki vasitələrdən istifadə ediblər, siyasi və irqçi bannerlər açıblar, yolverilməz şüarlar səsləndiriblər. Bütün bunlara görə dünya futbol qurumu ölkənin futbol federasiyasına ciddi xəbərdarlıq edərək serbləri 160 min İsveçrə frankı məbləğində cərimə edib. Qeyd edək ki, Serbiya D qrupundan vahid lider kimi mundiala birbaşa vəsiqə qazanıb.
FİFA Serbiyadan başqa müxtəlif səbəblərə görə Argentinanı (40 min İsveçrə frankı), Bosniya və Herseqovinanı (40), Estoniyanı (30), Yunanıstanı (30) və Ukraynanı (39) da cərimələyib.


.
.
.
0.31000685691833