"Qəbələ"də itki

12:45 08-11-2017
"Qəbələ"də itki

“Qəbələ” klubu itki ilə üzləşib.
Sportmedia.az xəbər verir ki, klubdan apasport.az saytına verilən məlumata görə, söhbət “Səbail”lə XI tur matçında zədələnən mərkəz müdafiəçisi Rasim Ramaldanovdan gedir. Tibbi müayinədən sonra 31 yaşlı futbolçunun əzələsində yırtıq aşkarlanıb. Həkimlər onun 1 ay yaşıl meydanlardan uzaq qalacağını bildiriblər.
Qeyd edək ki, “Qəbələ” Premyer Liqada yaranmış fasilədən yararlanaraq, noyabrın 11-də “Zirə”, 12-də isə “Səbail”lə yoxlama görüşü keçirəcək.


.
.
.
0.3524169921875