"Beşiktaş" Cenk Tosunun qiymətini açıqladı

13:24 08-11-2017
"Beşiktaş" Cenk Tosunun qiymətini açıqladı

Türkiyə Super Liqasında mübarizə aparan “Beşiktaş”ın rəhbərliyi komandanın aparıcı oyunçularından olan Cenk Tosunun transfer qiyməti müəyyənləşib.
Sportmedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 26 yaşlı hücumçunu heyətinə qatmaq istəyən “Tottenhem” və “Nyukasl” klublarına rəsmi cavab verilib.
Premyer Liqa təmsilçiləri bu keçidi 13-14 milyon avro qarşılığında həyata keçirməyi planlaşdırsalar da, İstanbul təmsilçisi bununla razılaşmayıb. “Qara qartallar” qarşı tərəfdən 20 milyon avro tələb edib.
“Beşiktaş”ın prezidenti Fikrət Orman İngiltərə klublarına açıqlanan məbləğdən aşağı düşməyəcəklərini bildirib.
Qeyd edək ki, 2014-cü ildən “Beşiktaş”ın formasını geyinən Cenk Tosun 2013-cü ildən Türkiyə yığmasının da şərəfini qoruyur.


.
.
.
0.3155779838562