“Barselona”dan Ardanın dönməsinə razılıq 

16:20 08-11-2017
“Barselona”dan Ardanın dönməsinə razılıq 

“Barselona”nın futbolçusu Arda Turan çox güman ki, karyerasını Türkiyədə davam etdirəcək. Sportmedia.az xarici mətbuata istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi sabiq komandası “Qalatasaray”la anlaşıb.
Bir neçə gün əvvəl Ardanın keçidə razılığını alan “”Qalatasaray”ın İspaniya komandası ilə danışıqları da bitmək üzrədi. “Sarı-qırmızılar”ın 1,5 illik icarəyə götürmək təklifi “Barsa” tərəfindən qəbul edilib. İlkin razılığa əsasən, Arda yanvar ayından etibarən “Qalatasaray”ın formasını geyinəcək. Hətta müqaviləyə onun gələn ilin yayında Türkiyə klubuna transfer olunması maddəsi də əlavə ediləcək.
Qeyd edək ki, Arda Turanın “Barselona” ilə müqavilə müddəti 2020-ci ilin yayına qədərdi.


.
.
.
0.32428002357483