Lionel Messidən açıqlama

21:21 08-11-2017
Lionel Messidən açıqlama

Argentina yığmasının futbolçusu Lionel Messi heyətin müəyyənləşdirilməsində komandanın baş məşqçisi Xorxe Sampaoliyə məsləhət verməsi ilə bağlı iddiaları rədd edib.
Sportmedia.az xəbər verir ki, 30 yaşlı hücumçu “TyC Sports”a açıqlamasında Argentina millisini idarə etmədiyini bildirib. Cənubi Amerika təmsilçisinin və İspaniyanın “Barselona” komandasının lideri bu barədə deyilənlərin yalan olduğunu söyləyib: “Heç vaxt start heyəti üçün oyunçu seçməmişəm. Eyni zamanda yığmaya kimlərin çağırılmalı olduğu barədə fikir bildirməmişəm”.
Qeyd edək ki, Lionel Messi hazırda Moskvadadır. Argentina millisi noyabrın 11-də Rusiya yığması ilə yoldaşlıq matçına çıxacaq.


.
.
.
0.32719492912292