Bayraq gününə həsr olunmuş turnir keçirildi

11:18 09-11-2017
Bayraq gününə həsr olunmuş turnir keçirildi

Dövlət bayrağı gününə həsr olunmuş turnir keçirildi.
Sportmedia.az xəbər verir ki, bu gün Keşlə Futbol Klubu və Nizami rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Nizami rayon məktəbliləri arasında 9 Noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş mini-futbol turniri keçirildi.
İnter Arena stadionunda keçirilən turnirə Nizami rayonu ərazisində yerləşən 227, 214, 242, 312, 328, 32, 201 və 238 saylı məktəblərinin komandaları qatılmışdı. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən turnirdə Nizami rayon 227 saylı orta məktəbin komandası qalib gəldi. 214 saylı orta məktəbin komandası 2-ci, 242 saylı orta məktəbin komandası isə 3-cü yeri tutdu.
Mükafatlandırma mərasimində iştirak edən Keşlə FK-nın ümumi işlər üzrə direktoru Ramiz Kərimov, Nizami rayon gənclər və idman idarəsinin rəisi Elşən Mirzəyev, Nizami rayon ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Əli Axundov, Keşlə FK-nın maliyyə direktoru Elmar Qafarov, Keşlə FK-nın UGFM-nin rəhbəri Rövşən Babayev və Keşlə FK-nın azarkeş klubunun rəhbəri Ruslan Muradov turnirin qaliblərinə diplom və medallar, o cümlədən xatirə hədiyyələri təqdim etdilər.


.
.
.
0.32181406021118