"Qarabağ" - "Çelsi" oyununa nə qədər bilet satılıb?

19:41 09-11-2017
"Qarabağ" - "Çelsi" oyununa nə qədər bilet satılıb?

“Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin IV turunda Bakıda İngiltərənin “Çelsi” komandasına qarşı keçirəcəyi oyuna bilet satışı davam edir.
Sportmedia.az Ağdam təmsilçisinin rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, matç üçün nəzərdə tutulan 67200 biletin artıq 50 faizindən çoxu - 45 min bilet satılıb.
Qeyd edək ki, noyabrın 22-də Bakı Olimpiya Stadionunda baş tutacaq matç saat 21:00-da start götürəcək.


.
.
.
0.32647299766541