“Təkcə o yox, hamı çox zəif təsir bağışladı.” - Samir Ələkbərov

21:36 09-11-2017
“Təkcə o yox, hamı çox zəif təsir bağışladı.” - Samir Ələkbərov

“Futbolçular meydanda əziyyət çəkdiyi kimi, biz də kənarda əziyyət çəkirdik. Səhvlər çoxdu. Bunların üzərində çalışacağıq”.
Sportmedia.az xəbər verir ki,, bu sözləri 21 yaşadək futbolçulardan ibarət milli komandamızın baş məşqçisi Samir Ələkbərov deyib.
Bu gün 21 yaşadək futbolçular arasında AVRO-2019-un seçmə mərhələsində növbəti oyunlara start verilib. Doğma meydanda Almaniya yığması ilə qarşılaşan millimiz 0:7 hesablı darmadağına üzülüb.
Qarşılaşma başa çatdıqdan sonra gənc çalışdırıcı sualları cavablandırıb.
- Komanda sanki bu gün çox istəksiz görünürdü. Sizə elə gəlmir ki, oyunçularda motivasiya çatmırdı?
- Məncə, istək var idi. Komanda yaxşı hazırlaşmışdı. Sadəcə ilk oyunda 1:6 uduzmuşduq. Matç başlayan kimi qol buraxmağımız çıxışımıza təsir etdi. Ola bilsin, bu qol uşaqları həvəsdən saldı.
- Rəhbərliyiniz altında komanda iki oyunda 13 qol buraxdı. Daha öncə Yaşar Vahabzadənin köməkçisi idiz, bu millinin potensialına bələd idiz. Düşünmürsüz ki, baş məşqçi keçməyiniz səhv addım idi. Peşman deyilsiz ki?
- Kimsə bu yükün altına girməli idi. Təəssüflənmirəm.
- Oyundan öncə belə xəbərlər yayılmışdı ki, millimizin üzvləri Almaniya ilə matçda üçdən çox qol buraxacağımıza pul qoyuluşu ediblər...
- Balaca uşaq da bilərdi ki, Almaniya ilə oyunda üçdən çox top buraxa bilərik. Belə şey ola bilməz. İnanmıram.
- Sanki Renat Dadaşov Almaniyaya qarşı ümumiyyətlə, oynamaq istəmirdi...
- Məşqçilər də onun oyunundan narazı qaldı. Onu böyük ümidlərlə milliyə gətirmişdik. Ümumiyyətlə, təkcə o yox, hamı çox zəif təsir bağışladı.
- Millinin yeni baş məşqçisi Qurban Qurbanovla danışmısız?
- Onunla yalnız Ramil Şeydayev barədə danışmışam. Daha sonra o mənə, mən də ona uğurlar arzuladıq.
- Kosova ilə oyunda ciddi dəyişikliklər gözlənilir?
- Gözlənilməsə belə, artıq olmalıdı. Paltardəyişmə otağı xətəxanaya çevrilib. Bir çox oyunçu zədələnib. Elnur Cəfərov, Renat Dadaşov, Bəhlul Mustafazadə əzələsini dartıb. Buna görə, Kosova ilə matçda çox güman dəyişikliklər olacaq.
- Renat dəqiq zədələnib, bəlkə özü oynamaq istəmir?
- Bəli, əzələsini dartıb.(apasport.az)


.
.
.
0.32698798179626