“Qarabağ”ın rəqibi “Çelsi”də itki

09:55 10-11-2017
“Qarabağ”ın rəqibi “Çelsi”də itki

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi “Çelsi” problemlə üzləşib.
Sportmedia.az Britaniya mətbuatına istinadən xəbər verir ki,London təmsilçisinin hücumçusu Mişi Batşuayi zədələnib.
Futbolçu Belçika yığmasının düşərgəsində məşq zamanı ayağından xəsarət alıb. Tibbi müayinədən keçən oyunçu artıq yığmadan kənarlaşdırılıb. Bu isə o deməkdi ki, o, Belçika millisinin bu gün Meksika, noyabrın 14-də isə Yaponiya ilə yoldaşlıq matçında meydana çıxa bilməyəcək. Londona qayıdan Batşuayinin durumuna klubun həkimlərinin müayinəsindən sonra aydınlıq gələcək.
Qeyd edək ki, “Çelsi”nin Çempionlar Liqasında növbəti oyunu noyabrın 22-də Bakıda “Qarabağ” ilə olacaq.


.
.
.
0.33458185195923