“Qayıtsam, məni qəbul edərsiz?” - Neymar

12:56 10-11-2017
“Qayıtsam, məni qəbul edərsiz?” - Neymar

“Barselona”nın oyunçuları hesab edirlər ki, Neymarın PSJ-də ciddi problemləri var.
Sportmedia.az xəbər verir ki, onlar Neymarın Barselonaya son səfəri zamanı belə qənaətə gəliblər. Futbolçu “Barselona”nın düşərgəsinə gələn zaman, yenə də şən əhvalda olub, sabiq komanda yoldaşları ilə danışıb, zarafatlaşıb.
Ancaq o, “Barsa”lılara belə bir sual da verib: “Qayıtsam, məni qəbul edərsiz?”
Neymar PSJ-yə bu ilin yayında 222 milyon avroya keçib. Onun Paris klubunun baş məşqçisi Unay Emeri ilə münasibətlərinin xoş olmadığı bildirilir.


.
.
.
0.32451391220093