Ramil Quliyevdən Mustafa Kamal Atatürklə bağlı paylaşım

13:16 10-11-2017
Ramil Quliyevdən Mustafa Kamal Atatürklə bağlı paylaşım

Türkiyə millisinin əslən azərbaycanlı atleti Ramil Quliyev Mustafa Kamal Atatürkün vəfatının 79-cu il dönümü ilə bağlı paylaşım edib.
Sportmedia.az xəbər verir ki, Quliyev 10 noyabrda dünyasını dəyişən Türkiyə Cumhuriyyətinin qurucusuna “Twitter” hesabı vasitəsi ilə ehtiramını göstərib.
“Atatürk oyandı desələr, İstanbuldan Ankaraya bir saata qaçaram”, - deyə R.Quliyev yazıb.
Qeyd edək ki, Ramil Quliyev bu il Londonda keçirilmiş dünya çempionatında 200 metr məsafəyə qaçışda qızıl medala sahib çıxıb. 27 yaşlı sprinter həmin çempionluqdan sonra “Twitter”də “Mən türkəm, Atatürkün övladıyam” yazıb.


.
.
.
0.31128406524658