Xavi karyerasını bitirəcəyi vaxtı açıqladı

14:01 10-11-2017
Xavi karyerasını bitirəcəyi vaxtı açıqladı

İspaniya milli komandasının və “Barselona”nın sabiq ulduzu Xavi Hernandes karyerasına son qoyacağı tarixi açıqlayıb.
Sportmedia.az xəbər verir ki, hazırda Qətərin “Əl-Səəd” klubunun formasını geyinən yarımmüdafiəçi mövsüm sonunda karyerasına son qoyacaq:
“Karyeram boyunca ciddi zədələrimin olmadığına görə şanslıyam. Amma keçmişə görə özümü çox yorğun hiss edirəm və oyunlardan sonra bərpa müddətim olduqca çətin keçir. Bu səbəbdən karyeramın son mövsümü olduğunu deyə bilərəm”.
O, gələcəkdə məşqçi olmaq istədiyini və bunun üçün də kurslara qatılacağını deyib.
Qeyd edək ki, Xavi uzun illər çıxış etdiyi “Barselona” ilə 8 La Liqa, 4 Çempionlar Liqası, 3 dəfə İspaniya kuboku, İspaniya millisi ilə isə 1 dəfə dünya 2 dəfə Avropa çempionu olub.


.
.
.
0.31859803199768