"Kəpəz"in istirahəti başa çatdı

17:02 10-11-2017
"Kəpəz"in istirahəti başa çatdı

Azərbaycan Premyer Liqasında yaranan fasilə ilə əlaqədar "Kəpəz"in əsas komandasının üzvlərinə verilən 4 günlük istirahət müddəti başa çatıb.
Sportmedia.az xəbər verir ki, Gəncə klubu bu gündən hazırlığa start verib. "Sarı-göylər" Bakıda məşqlərə başlayıb. Komandanın ilk hazırlıq prosesi Olimpiya Stadionunun ehtiyat meydançasında baş tutub.


.
.
.
0.31161689758301