Pərviz Abdullayevin Los Anceles sınağı

22:06 10-11-2017
Pərviz Abdullayevin Los Anceles sınağı

Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Pərviz Abdullayev növbəti döyüşünü keçirəcək.
Sportmedia.az xəbər verir ki, peşəkar kikboksinq üzrə 5 qat dünya çempionu olan idmançı noyabrın 11-də nüfuzlu ACB KB-12 turniri çərçivəsində qüvvəsini sınayacaq. Əməkdar idman ustası ABŞ-ın Los Anceles şəhərində baş tutacaq yarışın əsas döyüşlərindən birində qələbə uğrunda mübarizə aparacaq. 77 kq çəki dərəcəsində çıxış edəcək Abdullayev Hollandiya əsilli ABŞ idmançısı Qodvin Afriye ilə döyüşəcək. ACB KB-12-yə Bakı vaxtı ilə səhər saat 6:00-da start veriləcək.


.
.
.
0.34951615333557