Yığmamızın futbolçusu “Beşiktaş”a transfer oldu

21:39 10-11-2017
Yığmamızın futbolçusu “Beşiktaş”a transfer oldu

Qadınlardan ibarət Azərbaycan milli komandasının futbolçusu Günay İsmayılova karyerasını Türkiyədə davam etdirəcək.
Sportmedia.az AFFA-nın rəsmi “facebook” səhifəsinə istinadən xəbər verir ki, 19 yaşlı qapıçı “Beşiktaş”la anlaşıb. O, İstanbul təmsilçisi ilə 6 aylıq müqavilə imzalayıb.
Qeyd edək ki, G.İsmayılova “Fidan” klubunun formasını geyinirdi.


.
.
.
0.30948901176453