"Marsel" Patris Evranı ağır cəzalandırdı 

22:50 10-11-2017
"Marsel" Patris Evranı ağır cəzalandırdı 

Fransanın "Marsel" klubu müdafiəçi Patris Evra ilə müqaviləsini pozduğunu elan edib.
Sportmedia.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
Avropa Liqası çərçivəsində "Vitoriya Gimaraynş"la oyun öncəsi azarkeşin başına ayaqla zərbə vurduğuna görə klubu “Marsel” və UEFA oyunçuya ağır cəza verib. Belə ki, qitənin ali futbol qurumu Fransa millisinin keçmiş üzvünü 7 ay futboldan uzaqlaşdırıb. O, iyun ayının sonuna kimi meydana çıxa bilməyəcək.


.
.
.
0.32444190979004