Millimizin oyunçusuna Türkiyə klubundan təklif

10:09 11-11-2017
Millimizin oyunçusuna Türkiyə klubundan təklif

Azərbaycan yığmasının üzvü Dəniz Yılmaz klubunu dəyişməyə hazırlaşır.
Sportmedia.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, forvard artıq bir rəsmi təklif alıb.
Bu mövsüm Dənizli komandasının əsas heyətində olmayan Yılmaz I liqa təmsilçisi “Çaykur Rizəspor”un maraq dairəsinə düşüb. Yanvar ayında heyətdə köklü dəyişikliklər etmək niyyətində olan Rizə klubunun baş məşqçisi İbrahim Üzülməz transfer siyahısını rəhbərliyə təqdim edib. Üzülməz hücum xəttinin məhz Dənizlə gücləndirilməsini tələb edib. Dərhal hərəkətə gələn rizəlilər 29 yaşlı hücumçu ilə danışıqlara başıayıblar.


.
.
.
0.33050107955933