"Real"ın futbolçusu yenə zədələndi

13:14 11-11-2017
"Real"ın futbolçusu yenə zədələndi

"Real"ın oyunçusu Qaret Beyl yenə zədələnib.
Sportmedia.az xəbər verir ki, uesli futbolçu “Real”ın son məşqini yarımçıq qoyub.
Onun sol ayağının əzələsində yırtıq aşkarlanıb. Beylin 3-4 həftə yaşıl meydanlarda ola bilməyəcəyi söylənilir.
Cari mövsümdə 7 matça çıxan oyunçu 3 dəfə fərqlənib.


.
.
.