Ulduz futbolçu mətbuat konfransında ağladı - Video

14:52 11-11-2017
Ulduz futbolçu mətbuat konfransında ağladı - Video

Braziliya yığmasının futbolçusu Neymar mətbuat konfransında göz yaşlarına hakim ola bilməyib.
Sportmedia.az xəbər verir ki, bu, "pentakampeonlar"ın Yaponiya üzərində 3:1 hesablı qələbə qazandıqları yoldaşlıq oyunundan sonra təşkil edilən mətbuat konfransında baş verib.
Baş məşqçi Tite 25 yaşlı hücumçu ilə aralarında problemin olduğuna dair xəbərlərə münasibət bildirdiyi vaxt Neymar ağlayıb. 56 yaşlı mütəxəssis deyib: "İnsanlar Neymarla problemimin olduğunu daim qabardırlar. Belə söz-söhbətləri eşitməkdən bezmişəm. Heç birimiz mükəmməl deyilik. Neymarın böyük ürəyi var".
Baş məşqçinin bu sözlərindən sonra ulduz futbolçu göz yaşlarını tuta bilməyib və ona təşəkkür edərək konfrans zalını tərk edib.                        


.
.
.
0.35422801971436