“Xəzridən Xəzriyə” filminin təqdimat mərasimi

12:43 11-11-2017
“Xəzridən Xəzriyə” filminin təqdimat mərasimi

Bakı Olimpiya stadionunda CBC Sport televiziya kanalının çəkdiyi “Xəzridən Xəzriyə” filminin çoxsaylı qonaqların və mətbuat nümayəndələrinin iştirakı ilə təqdimat mərasimi keçirilib.
Sportmedia.az xəbər verir ki, film vaxtilə Azərbaycan çempionatında mübarizə aparmış, ölkəmizi qitə miqyaslı turnirdə təmsil etmiş Buzovnanın “Xəzri” klubuna həsr olunub. Filmin nümayişi başa çatdıqdan sonra yaradıcı qrup ekran işinin ərsəyə gəlməsi barədə məlumat verib, “Xəzri” klubunun heyətində çıxış etmiş futbol veteranları isə minnətdarlığını bildirib.


.
.
.
0.3068859577179