Pərviz Abdullayevdən nokautla qələbə

15:07 11-11-2017
Pərviz Abdullayevdən nokautla qələbə

Azərbaycanın və “Qəbələ” İdman Klubunun kikboksçusu Pərviz Abdullayev növbəti qələbəsini qazanıb.
Sportmedia.az xəbər verir ki, idmançı ABŞ-ın Los Anceles şəhərində keçirilən ACB KB-12 turniri çərçivəsində qüvvəsini sınayıb. 77 kq çəki dərəcəsində çıxış edən Abdullayev Hollandiya əsilli ABŞ idmançısı Qodvin Afriye ilə döyüşüb. Pərviz üç raund davam etməli olan qarşılaşmanı vaxtından əvvəl bitirib. O, sonuncu hissədə rəqibini texniki nokautla məğlub edib.


.
.
.
0.33658218383789