“İstəyimiz  "Çelsi" ilə "Roma"nın "Qarabağ"la görüşlərdə büdrəməsidir” - "Atletiko"nun prezidenti

19:23 11-11-2017
“İstəyimiz  "Çelsi" ilə "Roma"nın "Qarabağ"la görüşlərdə büdrəməsidir” - "Atletiko"nun prezidenti

"Mən gur səslə demək istərdim: Simeone oyunçular, klubun direktorları və azarkeşlər üçün toxunulmazdır. Şübhəsiz ki, ona hər şeyi etməsinə icazə verilir".
Sportmedia.az xəbər verir ki, bunu "Atletiko"(Madrid)nun prezidenti Enrike Serezo komandanın baş məşqçisi Dieqo Simeonenin ünvanına yönəlmiş tənqidlərə cavab verərkən deyib. Serezo klubun Çempionlar Liqasının qrup mərhələsindəki çıxışını belə dəyərləndirib: "Bunu hər zaman deyirəm: Biz futbol oynayırıq. Oyun isə necə varsa, elədir. Hərdən udur, hərdən də uduzursan. "Roma" ilə matçda hesabı 4 dəfə aça bilərdik. "Qarabağ"la görüşdə isə 14000 şansımız oldu. Bu, yalnız bizim yox, bir çox elit klubun qarşılaşdığı problemdir. Mən yenə fantastik komandamızın, gözəl baş məşqçimizin və fenomenal fanatımızın olduğunu düşünürəm. Bunlar mənim üçün kifayətdir".
Serezo C qrupunda 4 oyundan 2 xala malik "Atletiko"nun sonrakı 2 matçda möcüzə etməsinin çətin olacağını deyib. Bununla yanaşı, klub prezidenti bildirib ki, möcüzəyə yalnız komandanın özü inana bilər: "Siz klubun ayağa qalxacağını hamıdan az gözlədikdə onda da heç nə alınmayacaq. Hədəfimiz qalan 2 oyunu udmaq və "Çelsi" ilə "Roma"nın "Qarabağ"la matçlarda büdrəyəcəklərinə ümid etməkdir. Avropa Liqasına düşsək belə, titul uğrunda mübarizə aparacağıq. Qazanacağımız istənilən titul çox yaxşı nailiyyət olacaq".


.
.
.
0.32683706283569