“Zirə” “Qəbələ”yə qalib gəldi

20:00 11-11-2017
“Zirə” “Qəbələ”yə qalib gəldi

Milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilə dövründə hazırlıqlarını Bakıda gerçəkləşdirən “Qəbələ” “Zirə” ilə yoxlama matçı keçirib. Sportmedia.az xəbər verir ki, qarşılıqlı hücumlarla keçən oyunun ilk yarısında qapılara qol vurulmayıb. Hər iki komanda rəqib qapısına yol tapmağa çalışsa da, futbolçular istəklərinə çata bilməyiblər. Görüşdə hesab 77-ci dəqiqədə açılıb. Paytaxt təmsilçisinin legioneri Riçard Qadze fərqlənib. Qoldan sonra komandaların səylərinə baxmayaraq, hesab dəyişməz qalib. Beləliklə, paytaxt təmsilçisi görüşdən 1:0 hesablı qələbə ilə ayrılıb.


.
.
.
0.32345008850098