Premyer Liqa klubu “Beşiktaş”ın oyunçusuna göz dikib

22:06 11-11-2017
Premyer Liqa klubu “Beşiktaş”ın oyunçusuna göz dikib

İngiltərə Premyer Liqa təmsilçisi “Everton” “Beşiktaş”ın futbolçusu Oğuzhan Özyakupa göz dikib.
Sportmedia.az xəbər verir ki, Liverpul təmsilçisi 25 yaşlı yarımmüdafiəçinin transferi üçün artıq “ağ-qaralar”ın rəhbərliyinə rəsmən müraciət edib.
Bu barədə məlumatı Türkiyə mətbuatı yayıb. Oğuzhanın transfer qiyməti isə iki komanda arasında danışıqlardan sonra müəyyənləşəcək.
Qeyd edək ki, Türkiyə yığmasının da üzvü olan oyunçu 2012-ci ildən “Beşiktaş”da fəaliiyət göstərir. Özyakup, cari mövsümdə 13 matçda şans qazanıb.


.
.
.
0.33406186103821