Azərbaycan - Kosovo görüşünün hakimləri bəlli oldu 

09:46 12-11-2017
Azərbaycan - Kosovo görüşünün hakimləri bəlli oldu 

21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması AVRO-2019-un seçmə mərhələsində Kosovo ilə qarşılaşacaq.
Sportmedia.az xəbər verir ki, noyabrın 14-ü saat 18:00-da başlayacaq görüşün hakim təyinatları açıqlanıb.
UEFA qarşılaşmaya baş hakim kimi estoniyalı Romer Tarayevi təyin edib. Ona yan xəttdə Hannes Reynvald və Neeme Neemlayd yardımçı olacaqlar.
Ehtiyat hakim funksiyasını Eyko Saar yerinə yetirəcək.


.
.
.
0.96026611328125