“İlk oyunda uduzmuşuq deyə ağlamamalıyıq” - Buffon

12:24 12-11-2017
“İlk oyunda uduzmuşuq deyə ağlamamalıyıq” - Buffon

DÇ-2018-in seçmə mərhələsinin Avropa zonasının pley-off qarşılaşmasında səfərdə İsveçə məğlub olan İtaliya millisinin qapıçısı Canluici Buffon cavab matçı öncəsi öz fikirlərini bildirib.
Sportmedia.az xəbər verir ki, “skuadra adzurra”nın kapitanı yerli mətbuata açıqlamasında cavab oyununda təlaşa qapılmamalı olduqlarını deyib:
“Bu matça tamamilə aydın ağılla çıxmalı, əsla təlaşa qapılmamalıyıq. İlk oyundakı məğlubiyyətimizin əvəzini çıxmaq üçün qarşımızda bir 90 dəqiqə daha var. İlk görüşümüz uğursuz olub deyə ağlamamalıyıq. Cavab qarşılaşmasında “San Siro”nun dolu tribunaları arxamızda olacaq və bu amil komandanı irəli daşıyacaq. Bu oyunu həyatımızın oyunu olaraq görmürük. Özümüzə inanaraq meydana çıxacağıq. Təlaşa qapılsaq, uduzacağıq”.
Qeyd edək ki, bu komandalar arasında cavab oyunu noyabrın 14-də, Milanın “San-Siro” stadionunda keçiriləcək.


.
.
.
0.31094813346863