"Barselona" 3 oyunçusunu satır

15:34 12-11-2017
"Barselona" 3 oyunçusunu satır

İspaniyanın "Barselona" klubu qış fasiləsində "Liverpul"dan Filip Koutinyo və "Ayaks"dan Mattiys de Ligti transfer edə bilmək üçün 3 futbolçusunu satmağı planlaşdırır.
Sportmedia.az xəbər verir ki, bu barədə məlumatı kluba yaxınlığı ilə seçilən "El Mundo Deportivo" qəzeti yayıb.
Belə ki, "Barselona" rəhbərliyi qış fasiləsində Arda Turan, Rafinya və Denis Suaresi satmaq istəyir.
Qeyd edək ki, Arda Turanın adı "Qalatasaray"la birgə hallanır.


.
.
.
0.34149694442749