Qurbanovun yığmamızla ilk təlim-məşq toplanışının vaxtı açıqlandı

18:42 12-11-2017
Qurbanovun yığmamızla ilk təlim-məşq toplanışının vaxtı açıqlandı

Milli komandamızın Qurban Qurbanovun rəhbərliyi altında ilk təlim-məşq toplanışının vaxtı və məkanı müəyyənləşib.
Sportmedia.az Sport24.az-a istinadən verdiyi məlumata görə, komanda Azərbaycan Premyer Liqasının dövrələrarası fasiləsi zamanı - yanvar ayında bir araya gətiriləcək.
Toplanış yanvarın 25-də başlayacaq və fevralın 2-dək davam edəcək. Qurban Qurbanov hazırlıqları Türkiyənin Antalya şəhərində keçirəcək.
Qeyd edək ki, qış fasiləsinə dekabrın 3-də yollanacaq Premyer Liqa iştirakçıları mövsümün 2-ci yarısına fevralın 10-da start verəcəklər.


.
.
.
0.3177638053894