“Qəbələ”dən heç-heçə ilə bitən yoxlama oyunu

19:34 12-11-2017
“Qəbələ”dən heç-heçə ilə bitən yoxlama oyunu

Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada verilmiş fasilədən yararlanan klublar yoxlama oyunlarında qüvvələrini sınayırlar.
Sportmedia.az xəbər verir ki, də bu fürsətdən istifadə edən “Qəbələ” yoxlama oyunu keçirib.
“Qırmızı-qaralar” digər Premyer Liqa təmsilçisi “Səbail”lə qarşılaşıb. Bakı Olimpiya Stadionunun köməkçi meydançasında keçirilmiş matçda qalib gələn olmayıb.
Görüşün birinci yarısının son dəqiqəsində “Qəbələ”də baxışda olan Kevin Penan komandasını hesabda irəli çıxarıb. Qarşılaşmanın ikinci yarısında “Səbail” Aleksandru Popoviçi ilə hesabı bərabərləşdirib.
Yoxlama oyunu
“Səbail” – “Qəbələ” – 1:1
Qollar: Aleksandru Popoviçi, 70 – Kevin Penan, 45


.
.
.
0.30460119247437