Ronaldo dördüncü dəfə ata oldu

12:04 13-11-2017
Ronaldo dördüncü dəfə ata oldu

İspaniyanın "Real Madrid" klubunun və Portuqaliya yığmasının futbolçusu Kristiano Ronaldo dördüncü dəfə ata olub.
Sportmedia.az xəbər verir ki, bu barədə Ronaldo şəxsi "İnstagram"ında paylaşım edib.
Yeni doğulan qıza Alana Martina adı verilib. Onu Ronaldunun sevgilisi Corcina Rodriges dünyaya gətirib.
Qeyd edək ki, Kristiano Ronaldonun əvvəlki övladları surroqat anadan doğulub. Kiçik Kristianonun 7 yaşı var. Yeva və Mateo adlı əkizlər isə bu ilin iyununda dünyaya gəliblər.


.
.
.
0.30996608734131