Maradona əməliyyat olundu

13:25 13-11-2017
Maradona əməliyyat olundu

Argentina yığmasının sabiq futbolçusu Dieqo Maradona əməliyyat olunub.
Sportmedia.az xəbər verir ki, əfsanəvi oyunçu “facebook” profilində bu barədə yazıb.
Belə ki, sol çiyninə cərrahi müdaxilənin ehtiyac duyulduğunu qeyd edən Maradona bildirib ki, 1,5 saat çəkən əməliyyat uğurlu keçib: “Bunu çoxdan etməli idim, lakin hər dəfə təxirə salırdım. Əməliyyat saatyarım sürdü və xoşbəxtlikdən, uğurlu oldu. Hamınızı öpürəm”.
Qeyd edək ki, 57 yaşlı veteran hal-hazırda Birləşmiş Ərəb Əmirliklərinin “Əl-Fucayra” kulubunun baş məşqçi vəzifəsini yerinə yetirir.


.
.
.
0.34101700782776