Elnur Süleymanov "Neftçi"də

15:17 13-11-2017
Elnur Süleymanov "Neftçi"də

"Neftçi” PFK heyətinə yeni futbolçu cəlb edib.
Sportmedia.az xəbər verir ki, gənc yarımmüdafiəçi Elnur Süleymanovla 3 illik müqavilə bağlanıb.
2014/2015 mövsümündə "İnter” klubunun heyətində Azərbaycan Premyer Liqasında debüt etmiş Süleymanov ötən mövsüm AZAL-ın heyətində 18 oyunda meydana çıxıb. U-19 milli komandamızla Avropa çempionatında iştirak etmiş Elnur Süleymanov Slovakiya yığması ilə oyunda (3:2) qol vurub. Futbolçu ötən il U-21 milli komandamıza da cəlb olunub.


.
.
.
0.5352029800415