"Qarabağ"ın rəqibindən rekord məbləğ

22:31 13-11-2017
"Qarabağ"ın rəqibindən rekord məbləğ

Çempionlar Liqasında “Qarabağ”ın rəqibi olan İngiltərənin “Çelsi” klubu 120 milyon avroya futbolçu transfer etmək niyyətindədir.
Sportmedia.az “The Sun”a istinadən xəbər verir ki, London təmsilçisi İtaliya “İnter”inin hücumçusu Mauro İkardini heyətinə qatmaq istəyir.
Belə ki, Argentina millisinin 24 yaşlı oyunçusunun “Çelsi”yə keçidi baş tutarsa, İngiltərə futbolunda yeni transfer rekdordu qeydə alınmış olacaq.
Qeyd edək ki, İngiltərənin transfer rekordu “Mançester Yunayted”ə məxsusudur. “Qırmızı şeytanlar” ötən il Fransa millisinin yarımmüdafiəçisi Pol Poqba üçün İtaliyanın "Yuventus" klubuna 105,2 milyon avro ödəyiblər. 2013-cü ildən “İnter”də fəaliyyət göstərən Mauro İkardi iştirak etdiyi 135 matçda 82 qol vurub.


.
.
.
0.33103489875793