Buffon göz yaşları içində yığma karyerasını sonlandırdı 

12:02 14-11-2017
Buffon göz yaşları içində yığma karyerasını sonlandırdı 

İsveçlə ilk görüşdə 0:1 hesabı ilə uduzan İtaliya millisi cavab oyunundan qolsuz bərabərliklə ayrılaraq DÇ-2018-in final mərhələsinə vəsiqə qazana bilməyib.
Sportmedia.az xəbər verir ki, İsveçlə keçirilən cavab qarşılaşmasından sonra İtaliyanın qapıçısı Canluici Buffon milli komanda ilə vidalaşıb. Göz yaşlarına hakim ola bilməyən Buffon deyib: "Mən İtaliya yığmasını tərk edir və yerimi gənclərə verirəm". 39 yaşlı qolkiper nəticəyə görə hər kəsdən üzr də istəyib.
Qeyd edək ki, "Yuventus" klubunun qapıçısı İtaliya yığmasında 1997-ci ildən çıxış edirdi.


.
.
.
0.3256938457489