“Olanları səhv xatırlayıb” - Əmrah Çəlikəl

14:30 14-11-2017
“Olanları səhv xatırlayıb” - Əmrah Çəlikəl

"Qarabağ"ın direktoru Əmrah Çəlikəl Türkiyənin “Damat” şirkətinin prezidentinin klubumuza sponsorluq etmələri barədə yayılan xəbərlərə münasibət bildirib.
Sportmedia.az klubun saytına istinadən xəbər verir ki, “köhlən atlar”ın rəsmisi Türkiyə şirkətinin "Qarabağ"a sponsorluq etmədiyini qeyd edib:
“Bizim “Azərsun”, “Azərçay” və “Bizim Tarla”dan başqa sponsorumuz yoxdur. Doğrudur, ötən illərdə “Damat” şirkəti ilə görüşlərimiz olub, amma aramızda hansısa sponsorluq anlaşması imzalanmayıb. Ola bilsin şirkətin prezidenti olanları səhv xatırlayıb. “Qarabağ”ın qapıları, əlbəttə, yeni sponsorlara açıqdır. Amma hal-hazırda, artıq qeyd etdiyim kimi, “Azərsun”, “Azərçay” və “Bizim Tarla”dan başqa sponsorumuz yoxdur”.


.
.
.
0.3379909992218