“Kəpəz” hazırlıqlara davam edir

17:22 14-11-2017
“Kəpəz” hazırlıqlara davam edir

Azərbaycan Premyer Liqasının XII turunda Gəncədə “Səbail”i qəbul edəcək “Kəpəz” qarşıdakı oyun üçün hazırlığını davam etdirir.
Sportmedia.az xəbər verir ki, Bakıda məşq edən “sarı-göylər”in hazırlıq prosesi iki mərhələyə bölünüb. Əvvəlcə fiziki çalışmalar üzərində işləyən komanda son 4 gün ərzində taktiki-texniki məşqlərə diqqət ayıracaq.
Gəncə klubu qarşıdakı 2 gündə məşqlərini Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda keçirəcək. Hazırlıq prosesi saat 15:30-da başlayacaq.
Qeyd edək ki, soyuqdəymə səbəbindən Kamran Abdullazadə məşqlərdə iştirak edə bilmir. Sol ciyin qurşağında bağ gərilməsi olan Davud Kəriminin vəziyyəti isə normaldır.


.
.
.
0.3179759979248