Özil “Atletiko”nun maraq dairəsindədir

18:37 14-11-2017
Özil “Atletiko”nun maraq dairəsindədir

Mesut Özil yenidən İspaniyada oynaya bilər.
Sportmedia.az "The Sun" nəşrinə istinadən xəbər verir ki, "Atletiko"(Madrid) “Arsenal”ın yarımmüdafiəçisi Mesut Özilə göz dikib.
Bildirilir ki, Madrid klubu gələn yay "Arsenal"la müqaviləsi başa çatacaq türk əsilli futbolçunun transferi üçün danışıqlara başlayıb.
Madrid klubu baş məşqçi Dieqo Simeonenin israrla istədiyi 29 yaşlı futbolçunu qışda heyətinə qatmağa çalışacaq. Türk əsilli oyunçunun özünün də yenidən İspaniyada oynamaq istədiyi bildirilir. 2013-cü ildən “Arsenal”ın formasını geyinən, Özil daha əvvəl Madridin digər klubu "Real"da çıxış edib.


.
.
.
0.33055710792542