"Səni belə görmək istəmirəm" -  İker Kasilyas

19:18 14-11-2017
"Səni belə görmək istəmirəm" -  İker Kasilyas

İspaniya millisinin sabiq qapıçısı İker Kasilyas İsveçlə DÇ-2018-in pley-off oyunundan sonra Canluici Buffonun İtaliya yığmasındakı karyerasını bitirməsinə münasibət bildirib.
Sportmedia.az xəbər verir ki, əfsanəvi qolkiper bu barədə rəsmi tvitter hesabında yazıb:
"Səni belə görməkdən xoşum gəlmir. Mən səni bir qəhrəman kimi tanıyıram. Səni tanıdığıma və meydanlarda bir neçə dəfə qarşılaşdığıma görə fəxr edirəm. Hələ də dostluq oyunlarında bizə zövq verə bilərsən. Nömrə 1".


.
.
.
0.32118797302246